Atafen Veterinerlik ve Hayvancılık şirkəti olaraq 31 bir ildir bu sektorda xidmət verməyə davam edirik. Davamlı olaraq yeniliklərlə, ilklərlə gündəmdəyik. Yeniliklər və ilklər indi də peyvənd istehsal şöbəmizdən davam etdirilir. Sənayə üçün bizim yeniliklərimiz adətən bir “müjdə” mənasını daşıyır.
Ən vacib müjdəmiz avto peyvəndlər haqqındadır. Öz peyvənd, otojen peyvənd olaraq da adlandırılan avto peyvəndlər, təsərrüfata özəl, bölgəyə özəl peyvəndlər olub, peyfənd istehsal şöbəmiz bu mövzuda çox uğurlu işlər həyata keçirir.
Bunlardan biri illərdir çarəsiz bir dərd olan qoyun pseudotuberkulozuna qarşı düzəldilən otopeyvənddir. Dəyərli Prof. Dr. Serdar Dikerin tapdığı Kazeöz lenfadenitis (koyun pseudotüberkülozu) faktörü Staphylococcus aureus subsp. Anaerobius ilə edilən özpeyvəndlər xəstəliyə tam bir çarə oldu. Hal-hazırsa “ticari peyvənd” vəziyyətinə gətirilməsi üçüm lahiyə davam edilməkdədir. İllərdir ədəbiyyat məlumatı əsasında Corynebacterium pseudotuberculosis faktörü tərəfindən yaradıldığı hesab edilən bu xəstəliyin əslində hər iki mikroorganizm tərəfindən meydana gəldiyi ortaya çıxdı. Ticari peyvənd də hər iki faktor istifadə edilərək düzəldiləcək.
Avto peyvənd ilə edilən sahə işləri çox müvəffəqiyyətlidir. Avto peyvənd olaraq elədiyimiz Papillomatosis (ziyil) peyvəndi də çox yayarlı oldu. Ziyillər qurudu düşdü. Müalicəvi və qoruyucu olduğunu sahədə yaxından izlədik.
Sahədə toplanan nümunələrə görə əlimizdə mastitis faktorlarından ibarət olan geniş çaplı bir mikroorganizm bankı yarandı. Edilən avto peyvəndlərdən müsbət nəticə alındı. İndi bunları da ticari peyvəndə çevirmək fikrindəyik. Bununla əlaqəli işlər sürətlə davam edir.
Yuxarıda qeyd etdiklərim onsuzda bunun bir göstəricisidir. . Kazeöz lenfadenitis peyvəndi, 7-li karma antisistem, mastitis peyvəndi ilə bağlı gördüyümüz işlər sadəcə ölkəmizdə deyil, dünyada bənzərsiz məhsullar olacaq. Bizim kimi, ölkəmiz də bu məhsullardan qürur duyacaq.