Türkiyə 2018-ci ildə 22,1 milyon ton çiy süd istehsal etmişdir. İstehsal edilən südün 90,6 %-ni inək südü, 6.5%-ni qoyun südü, 2.5%-ni keçi südü və 0,3 %-ni dana südü təşkil edir.
2018-ci ildə 1,7 milyon ton içmə südü, 110 min ton süd tozu, 66 min ton kərə yağı, 756 min ton pendir, 1,2 milyon yon qatıq və 731 min ton ayran sənaye istehsalçıları tərəfindən istehsal edilmişdir. Dünyada ümumi süd istehsalı 2018-ci ildə FAO proqnozlarına əsasən 826,9 milyon ton olub. Türkiyə, istehsal edilən ümumi çiy süd miqdarına görə doqquzuncu yer tutur.
Türkiyə süd və süd məhsulları sektorunda dövlət orqanı tərəfindən təsdiqlənmiş və yoxlanılmış 2223 müəssisə fəaliyyət gösərir. Sektor, 50 min kişiyə birbaşa məşğulluq ilə təmin edir. Eləcə də 500 min fermer, 400 min satış nöqtəsi və 50 min daşıyıcı da süd və süd məhsulları sektoruna xidmət verir.
Türkiyədə nəfər başı istehlak olunan süd vəya bərabəri olan süd məhsulu miqdarı ildə təqribən 270 litrdir. Ölkəmizdə nəfər başı istehlak olunan paketli süd və süd məhsulu miqdarı 130 kq südə bərabərdir. Dünya miqyasında baxdığımızda nəfər başı təqribən süd istehlakı 108,3 kq-dir. Ölkəmizdə nəfər başı içmə südü istehlakı 41,5 kq, nəfər başı pendir istehlakı 18,4 kq, nəfər başı qatıq istehlakı 30,6 kq və nəfər başı kərə yağı istehlakı 1,8 kq-dır.
Ölkəmizdə süd və süd məhsullarının xarici ticarətinə baxıldığında, 2018-ci ildə 192.130 ton (325 milyon USD) ixracat, 20.518 ton (90,7 milyon USD) idxal həyata keçirildiyi görünür. Dünya ümumilikdə süd məhsulları ticarəti 2018-ci ildə 74,5 milyon ton südə bərabərdir.
İxrac etdiyimiz əsas məhsullarımız, pendir, süd tozu və dondurmadır. Ən çox ixracat etdiyimiz ölkələr Türk cumhuriyyətləri və Yaxın Şərq ölkələridir. İdxal etdiyimiz əsas məhsullar, kərə yağı və pendirdir. Ən çox idxal etdiyimiz ölkələr isə Avstraliya, Yeni Zenlandiya, ABŞ, KKTC və AB ölkələridir.
2023 il görüşümüz; cəmiyyətin sağlam gıdalanma ehtiyacları arasında heyvan zülallarını üstün tutan ət və süd istehlak ehtiyacını kifayət miqdar və keyfiyyətdə, ekonomik, ekoloji və sosyal baxımdan mümkün olan yollarla qarşılaya bilən, kənd təsərrufatı, heyvandarlıq və kənd təsərrufatı sənayesinin məhsuldarlılığını artıraraq beynəlxalq sahədə rəqabətçi bir sektor olmalıdır.