Azerbaycan ile Ermenistan arasında 2020 yılında yapılan Dağlık Karabağ Savaşı, Azerbaycan’ın zaferiyle sonuçlandı. Savaşın sonucunda Dağlık Karabağ yeniden Azerbaycan topraklarına katıldı. Bölgede yeni dengeler oluştu. Türkiye ile Azerbaycan arasında her alanda gelişen işbirliği askeri başarılarla zirveye ulaştı. Savaşın en önemli sonuçlarından birisi stratejik bir konuma ve öneme sahip Zengezur koridorunun açılmasıdır. Bu koridorun açılmasıyla sadece Türkiye ile Azerbaycan’ın birbirine bağlanmakla kalmamış, ipek yolu üzerinde Çin’den Batıya kesintisiz bir geçiş güzergahı oluşmuştur. Savaş sonuncunda bölgede yeni haritanın oluşmasında, tam yüz yıl önce büyük önder Gazi Mustafa Kemal Atatürk’ün engin vizyonun ile aldığı kararlarla eşsiz bir rolü vardır. Bu makalede; bir asır önce Osmanlı, Rusya, İran, arasındaki satranç tahtasında Atatürk’ün stratejik bir hamle ile Azerbaycan uğruna Türk topraklarından vazgeçmesinin bu günkü haritanın oluşmasına katkısını ele alacağız.
Zengezur tarihine kısa bakış
Stratejik öneme sahip Zengezur bölgesinin tarihine baktığımızda 16. yüzyıldan sonra Osmanlı egemenliğinde Karabağ Hanlığı’na bağlıydı. 19. yüzyılın başlarında Güney Kafkasların Rus Çarlığı tarafından işgali edilmesiyle Rusya içinde yer almıştır. Azerbaycan Halk Cumhuriyeti döneminde (1918-1920) Karabağ Valiliği'nin dört kazasından biri olmuştur. (A. N. Üste ve U.Ş.Aydın, 2022).
Bölgede önemli bir oyuncu olan İran, bölgedeki hâkimiyetini kaybetmemek için Rusya ile savaşmış, yenilince Türkmençay Antlaşmasını (1828) imzalamıştır. İran, Türkmençay Antlaşmasıyla Revan ve Nahçıvan’ın da Rusya’nın hâkimiyetine girmesini kabul etmiş ve bu fiili durum Osmanlı Devleti’ne de Edirne Antlaşmasıyla (1829) onaylatılmıştır. Rusya’nın, bu antlaşmaya koydurduğu 15. Madde ile, kendi topraklarında, İran’da ve Osmanlı Devleti’nde yaşayan Ermenileri Revan başta olmak üzere bölgeye göç ettirmesinin yolunu açılmıştır. Antlaşma öncesinde bölgede çoğunlukta bulunan Türkler planlı olarak yapılan bu göçler neticesinde nüfus olarak azınlığa düşmüş ve böylece Ermenistan Devleti’nin temelleri atılmıştır. (Yeşilot, O 2008)
Kızıl Ordu’nun 28 Nisan 1920’de Azerbaycan’ı işgal etmesiyle Sovyet rejimi kuruldu. Benzer şekilde, 29 Kasım 1920’de Ermenistan’da da Sovyet rejimi kuruldu. 30 Kasım 1920’de Sovyet Azerbaycan ile Sovyet Ermenistan arasında sınır olmadığı gerekçesi ile Zengazur bölgesi Ermenistan arazilerine dahil edilmiştir. Türkmençay Antlaşması’ndan sonra Nahcivan, diğer Kuzey Azerbaycan toprakları gibi Rusya İmparatorluğu'na dâhil olmuştur. Ancak İmparatorluğun düşüşünden sonra Nahcivan çok zor günler geçirmiştir. Kasım 1918'de Nahcivan’da Araz Türk Cumhuriyeti kurulmuştur. Merkezi Iğdır olan bu cumhuriyetin temel hedefi Azerbaycan Demokratik Cumhuriyeti'ne katılmaktı.
İngilizlerin desteklediği Ermeniler, Nahcivan’ı işgal etmek için katliamlar yapmaya başladı. Kazım Karabekir Paşa yönetimindeki Osmanlı ordusu Nahcivan’a girdikten sonra durum nispeten istikrarlı hale geldi. Ancak Mondros Antlaşması'ndan sonra Osmanlı Devleti askerlerini Nahcivan’dan çekmek zorunda kaldı.
Atatürk, Azerbaycan uğruna Türk topraklarından nasıl vazgeçti
Yeni durumda Halk Cumhuriyeti'nin desteklediği Nahcivan Milli Komitesi Taşnakları sınır dışı etmişti. 1921'de Türkiye ile Rusya'nın sınırlarını belirleyen Moskova Antlaşması imzalandı. Kars ve Ardahan Türkiye'ye, Batum ise Gürcistan'a verildi. Anlaşmanın III. paragrafında Nahcivan’ın Azerbaycan içinde özerk bir cumhuriyet olarak kalması kararlaştırıldı. Atatürk, anlaşmayı müzakere eden heyete şu talimatı verdi: "Nahcivan, Türk kapısıdır. Bu hususu göz önünde bulundurarak elinizden geleni yapın."
Bu anlaşma ile milli mücadeleye hazırlanan Türkiye, Rusya'dan askeri yardım alacaktı ancak bu durumda bile Atatürk Nahcivan konusunda kararlılık gösterdi. Böylece Nahcivan, Azerbaycan SSC içinde kaldı. 1921 sonbaharında imzalanan Kars Antlaşması ile üç Kafkas cumhuriyeti Azerbaycan, Gürcistan ve Ermenistan Moskova Antlaşması'nın şartlarını tanıdı.
Ermenistan’ın hem Karabağ hem de Zengezur üzerinde iddiaları vardı. Rus güdümlü Kafkas Bürosu’nun Karabağ'ı da Ermenistan'a vermesine rağmen, dönemim SSC Azerbaycan hükumet başkanı olan Nariman Narimanov'un şiddetli protestosu sonucu sadece Zengezur bölgesi Ermenistan'a verildi. Böylece Azerbaycan’ın Nahcivan ile doğrudan kara bağlantısı kesilmiş oldu.
Olayın başka bir özelliği daha vardı. Nahcivan’ın Türkiye ile hiçbir sınırı kalmamıştı. Mevcut sınır bölgesi İran topraklarıydı. Ancak Atatürk son stratejik hamlesi yaptı. İran ve Türkiye'nin sınırları 1932'de Ankara'da imzalanan anlaşma ile belirlendi. Atatürk'ün kararlılığıyla İran, Nahcivan ile sınır bölgesini Türkiye'ye verdi. Bu topraklar karşılığında Van'ının bir kısmı İran'a verildi. Bu vesile ile Türkiye ile Nahcivan arasındaki sınır oluşturuldu. Türkiye ile Nahcivan’ın sınır kapısının oluşması Atatürk sayesinde gerçekleşti. 1992 yılında Nahcivan’ın, "Umut Köprüsü" ile Türkiye'ye kara yolu açılmış oldu. Dağlık Karabağ Savaşı sonrasında Azerbaycan Zengezur üzerinden Türkiye'ye tam anlamı ile kavuşmuş oldu. Atatürk, Nahcivan’ı Azerbaycan'a teslim ettikten sonra Türkiye ile sınırının oluşmasını sağlayarak yüz yıl sonra meyvelerini verecek büyük bir stratejiye imza attı. Büyük liderlerin parlak işleri yüz yıl sonra bile gözleri kamaştırıyor.
Dağlık Karabağ Zaferi Zengezur Koridoru açılmasıyla taçlandı
Azerbaycan ile Ermenistan arasında 44 gün süren savaş 10 Kasım 2020’de Azerbaycan’ın askeri ve diplomatik zaferi ile sonuçlandı. Bu tarih Azerbaycan’da Zafer Bayramı olarak ilan edildi. Ancak 10 Kasım, Türkiye Cumhuriyeti'nin kurucusu Mustafa Kemal Atatürk'ün ölüm günüydü. Zafer Bayramı Şuşa’nın işgalden kurtarıldı gün olan 8 Kasım olarak değiştirildi.
Dağlık Karabağ Savaşı sonrası Rusya, Azerbaycan ve Ermenistan arasında dokuz maddelik bir anlaşma imzalandı. Bu Anlaşma ile Karabağ sorunu nedeniyle yaklaşık 30 yıldır kapalı kalan tüm ekonomi ve ulaşım kanallarının önü açıldı. Zengezur koridorunun açılması, bölge ülkeleri arasında ve diğer ülkelerle bağlantı kurulmasını kolaylaştıracaktır. Çünkü Orta Asya’dan Azerbaycan’a ulaşan lojistik koridoru tam da bu noktada bıçak gibi kesiliyor ve Azerbaycan'ın Nahçıvan ve sonrasında Türkiye ile bağlantı kurması engelleniyordu. Zengezur koridorunun açılmasıyla güzergah boyunca kesintisiz şekilde Orta Asya ve Avrupa arasında Hazar ve Türkiye üzerinden geçecek bir güzergah hayata geçirilmiş olacak. Böylece, Türkiye’nin sadece Azerbaycan ile değil, tüm Çin, Orta Doğu ve Batı ile ticaret hacmi artacaktır. Türk Dünyası’nın ticari, lojistik ve siyasi bağları güçlenecektir. Bu koridor artan siyasi ve ticari ilişkilerle bölge refahına ve barışına önemli katkı sağlayacaktır.
Zengezur Koridoru Bölgede Tarımsal Faaliyetleri Artıracaktır.
Zengezur koridorunun açılmasıyla tarım ürünlerinin dış ticareti büyük bir potansiyel oluşturacak, tüketiciler kaliteli ve düşük maliyetli tarımsal ürünlere ulaşabilecektir. Koridorun açılmasıyla güzergah üzerinde tarımsal ticarete yönelik tarımsal üretimin de artması beklenmektedir. Türkiye ile Azerbaycan arasında 1 Mart 2021 yılında bir Tercihli Ticaret Anlaşması imzalanmıştır. Bu anlaşmadaki ürünlerin 15’i tarım ürünüdür. Anlaşma, Türkiye’den taze ürünler (erik, ayçiçek tohumu vb.); Azerbaycan’dan eritme peyniri, tatlı, şekerleme vb. ürünleri kapsamındadır. Kapsamın genişletilmesi için çalışmalar sürmektedir.
Zəngəzur Dəhlizi və Atatürkün strateji addımı
İqtisadiyyat Elmləri Üzrə Fəlsəfə Doktoru Mövlud Çətinqaya
Çeviri: Rusif Hüseyınov
2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş “İkinci Qarabağ” müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Müharibə nəticəsində Ermənistan tərəfindən işğal edilən ərazilər yenidən Azərbaycanın tərkibinə daxil oldu. Regionda yeni iqtisadi və siyasi konyektura formalaşdı. Türkiyə ilə Azərbaycan arasında hər sahədə inkişaf edən əməkdaşlıq, hərbi uğurlar ilə birlikdə yeni zirvəsinə çatdı. Müharibənin ən mühüm və uğurlu nəticələrindən biri də stratejik baxımdan olduqca əhəmiyyətli olan Zəngəzur dəhlizinin yenidən açılması şərti idi. Bu dəhlizin açılması təkcə Türkiyə və Azərbaycanın birbaşa quru nəqliyyat xəttinin formalaşması deyil, eyni zamanda tarixi İpək Yolunun bərpası və Çindən Qərbə qədər birbaşa tranzit marşrutun formalaşması deməkdir. Müharibə nəticəsində belə bir naliyyətin əldə edilməsində Qazi Mustafa Kamal Atatürkün yüz il əvvəl verdiyi stratejik qərarın müstəsna rolu vardır. Bu məqaləmizdə, bir əsr əvvəl Osmanlı İmperiyası, Rusiya və İran arasındaki şahmat taxtasında Atatürkün Azərbaycan üçün bəzi türk torpaqlarından güzəştə getməsinin bugünkü Zəngəzur Dəhlizinin formalaşmasına verdiyi töhfədən bəhs edəcəyik.
Zəngəzurun tarixinə qısa nəzər yetirək
Strateji əhəmiyyətli Zəngəzur bölgəsinin tarixinə nəzər saldıqda, XVI əsrdən sonra Osmanlı hakimiyyəti altında olan Qarabağ xanlığına daxil olduğunu görürük. 19-cu əsrin əvvəllərində Cənubi Qafqazın Rusiya çarlığı tərəfindən işğalı ilə birlikdə Rusiyaya daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Qarabağ quberniyasının dörd qəzasından biri olmuşdur. (A. N. Üste ve U.Ş.Aydın, 2022).
Regionun mühüm oyuncusu olan İran, bu ərazilərdəki hökmranlığını itirməmək üçün Rusiya ilə müharibə etmiş və məğlub olduqdan sonra Türkmənçay müqaviləsini (1828) imzalamışdır. Türkmənçay müqaviləsi ilə İran Şimali Azərbaycan, İrəvan və Naxçıvanın Rusiyanın tabeliyində olacağını qəbul etmiş və bu vəziyyət Ədirnə müqaviləsi (1829) ilə Osmanlı İmperiyası tərəfindən də təsdiqlənmişdir. Rusiyanın bu müqaviləyə əlavə etdiyi 15-ci maddə ilə öz torpaqlarında, İran və eləcə də Osmanlı İmperatorluğunda yaşayan ermənilərin əsas İrəvan olmaqla bu ərazilərə köç etməsinin yolu açılmışdır. Planlaşdırılmış bu süni integrasiya nəticəsində müqavilədən əvvəl bu ərazilərdə çoxluq təşkil edən türklər yavaş-yavaş azalaraq ermənilərlə əvəz edilmiş və bununla da Ermənistan dövlətinin əsasları qoyulmuşdur. (Yeşilot, O 2008)
1918-ci ilin Noyabrında Naxçıvanda Araz Türk Respublikası təsis edildi. Mərkəzi İğdır olan respublikanın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qoşulmaq idi.
İngilislər tərəfindən dəstəklənən ermənilər Naxçıvanı işğal etməyə çalışır, qətliamlar törədirdilər. Kazım Qarabəkir paşanın rəhbərliyindəki Osmanlı Ordusunun Naxçıvana daxil olması ilə vəziyyət nisbətən sabitləşdi. Lakin Mudros müqaviləsindən sonra Osmanlı Naxçıvandan öz qoşunlarını çıxarmağa məcbur oldu.
1920-ci il Aprelin 28-də Qızıl Ordunun Azərbaycana hücumu ilə Sovet Rejimi quruldu. Eynilə, 1920-ci il Noyabrın 29-da Ermənistanda da sovet rejimi quruldu. 1920-ci il Noyabrın 30-da Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında sərhəd olmadığı əsas gətirilərək Zəngəzur bölgəsi Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq Ermənistan ərazisinə daxil edildi.
Atatürk Azərbaycan naminə türk torpaqlarından necə güzəştə getdi?
1921-ci ildə Türkiyə ilə Rusiyanın sərhədlərini müəyyən edən Moskva müqaviləsi imzalandı. Qars və Ərdahan Türkiyəyə verildi, Batumi isə Gürcüstana qaldı. Müqavilənin III bəndində isə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika kimi qalması qərara alındı. Atatürk müqavilə üçün danışıqları aparan heyətə belə tapşırıq vermişdi: “Naxçıvan Türk qapısıdır. Bu məqamı nəzərə alaraq əlinizdən gələni edin”.
Bu müqavilə ilə milli mübarizəyə hazırlaşan Türkiyə Rusiyadan hərbi yardım alacaqdı, lakin bu vəziyyətdə belə Atatürk Naxçıvanla bağlı qətiyyət nümayiş etdirdi. Beləliklə, Naxçıvan Azərbaycan SSR-in tərkibində qaldı. 1921-ci ilin payızında imzalanan Qars müqaviləsi ilə üç Qafqaz respublikası Azərbaycan, Gürcüstan və Ermənistan Moskva müqaviləsinin şərtlərini tanıdılar.
Ermənistanın həm Qarabağ, həm də Zəngəzur üçün iddiası var idi. Qafqaz Bürosunun hər iki bölgəyi Ermənistana verməsi SSR Azərbaycan hökumətinin başçısı sayılan Nəriman Nərimanov tərəfindən şiddətli etirazla qarşılandı və bunun nəticəsində qərar ləğv edilərək yalnız Zəngəzur Ermənistana verildi. Beləliklə, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi kəsildi.
Məsələnin digər bir xüsusiyyəti vardı. Belə ki, Naxçıvanın Türkiyə ilə də sərhədi yox idi. Hazırkı sərhəd bölgəsi İran ərazisi idi. Ancaq Atatürk şahmat taxtasındakı son stratejik gedişini etdi. İran və Türkiyənin sərhədləri 1932-ci ildə Ankarada imzalanan müqavilə ilə müəyyən edildi. Atatürkün qətiyyəti ilə İran tərəfi Naxçıvanla sərhəd bölgəsini Türkiyəyə verdi. Bu torpaqların əvəzində isə Van ərazisinin bir hissəsi İrana güzəştə gedildi. Beləcə Türkiyə ilə Naxçıvan arasında sərhəd yaradıldı. Türkiyə və Naxçıvan sərhəd qapısının yaranması Atatürkün sayəsində baş verdi. 1992-ci ildə Naxçıvanın “Ümid körpüsü” ilə Türkiyəyə yolu açıldı. Azərbaycan Zəngəzur vasitəsilə Türkiyəyə tam anlamı ilə qovuşmuş olacaq. Atatürk Naxçıvanı Azərbaycana təslim etdikdən sonra Türkiyə ilə sərhəddini də yaratmaqla yüz ildən sonra öz bəhrəsini verəcək böyük strategiyaya imza atmış oldu.
İkinci Qarabağ müharibəsinin zəfərlə nəticələnməsi Zəngəzur dəhlizinin açılmasının carçısı oldu.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci il Noyabrın 10-da Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə başa çatdı. Bu tarix Azərbaycanda Qələbə Günü elan edildi. Lakin, 10 Noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm günü idi. Elə bu səbəblə Qələbə Günü Noyabrın 8-i, Şuşanın işğaldan azad olunduğu gün ilə dəyişdirildi. İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında doqquz bənddən ibarət saziş imzalandı. Bu Müqavilə ilə Qarabağ münaqişəsinə görə 30 ilə yaxındır bağlı olan bütün iqtisadi və nəqliyyat yollarının önü açılmış oldu. Zəngəzur dəhlizinin açılması region ölkələri və digər ölkələrlə əlaqələrin qurulmasına şərait yaradacaq. Çünki Orta Asiyadan Azərbaycana qədər fasiləsiz davam edən logistika dəhlizi tam olaraq bu yerdə bıçaq kimi kəsilirdi və Azərbaycanın Naxçıvanla, eləcə də Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqəsi qurmasının qarşısı alınırdı. Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiyadan Avropaya qədər Xəzər və Türkiyədən keçəcək fasiləsiz nəqliyyat xəttinin formalaşmasına zəmin yaradacaq. Beləliklə, Türkiyənin təkcə Azərbaycanla deyil, bütün Çin, Yaxın Şərq və Qərblə ticarət həcmi artacaq. Türk Dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Bu dəhliz siyasi və ticarət əlaqələrini artırmaqla regionun firavanlığı və sülhü üçün mühüm töhfə verəcək.
Zəngəzur dəhlizi regionda kənd təsərrüfatı fəaliyyətlərini artıracaq.
Zəngəzur dəhlizinin açılması ilə kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarəti böyük potensial yaradacaq, istehlakçılar keyfiyyətli və ucuz kənd təsərrüfatı məhsulları əldə edə biləcəklər. Dəhlizin açılması ilə marşrut üzrə kənd təsərrüfatı məhsullarının istehsalının artacağı gözlənilir. 2021-ci il Martın 1-də Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişi (güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixrac) imzalanıb. Bu müqavilədəki məhsulların 15-i kənd təsərrüfatı məhsullarıdır. Müqavilə Türkiyədən təzə məhsulları (göyçə, günəbaxan tumu və s.); Azərbaycandan ərinmiş pendir, şirniyyat, qənnadı məmulatları və s. məhsulları əhatə edir. Müqavilənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Kaynaklar
-A. N. Üste ve, Ü. S. Aydın (2022; Güney Kafkaslarda Bölgesel Güvenlik Kompleksi Teorisi Bağlamında Zengezur Koridoru’nun Önemi, Manisa Celal Bayar Üniversitesi Sosyal Bilimler Dergisi Manisa Celal Bayar University Journal of Social Sciences 2022; 20 (Özel Sayı)
-O. Yeşilot; (2008) Türkmençay Antlaşması Ve Sonuçları, A.Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi Sayı 36 Erzurum 2008.
-Sanayi ve Teknoloji Bakanlığı, (2022) Zengezur Koridoru’nun Bölgesel Kalkınma Ve Ekonomik Büyümede Stratejik Önemi Çalıştay Raporu, https://www.serka.gov.tr/assets/upload/dosyalar/zengezur-koridoru-calistay-raporu.pdf